Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Şimal-Qərb Regional Mərkəzi tərəfindən Şəki Dövlət Regional Kollecində, Şəki və Mingəçevir şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyalarda, 6 saylı Uşaq evi sosial xidmət müəssisəsində, Şəki şəhər 10 və 11 saylı tam orta məktəblərdə müəllim və şagirdlərin iştirakı ilə “Mənim hüquqlarım və vəzifələrim” və “Təhlükəsiz internet və rəqəmsal hüquqlar” mövzularında tədbirlər keçirilib.
Tədbirlərdə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının, “Uşaq hüquqları haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunlarının müddəaları, uşaq hüquqlarının müdafiəsi mexanizmləri barədə ətraflı məlumat verib, uşaqları maraqlandıran suallar cavablandırılıb.
Eyni zamanda, uşaq hüquqlarının müdafiəsinin Ombudsmanın əsas fəaliyyət istiqamətlərindən biri olduğu vurğulanmaqla, bu sahədə həyata keçirdiyi fəaliyyəti, o cümlədən “916” Çağrı Mərkəzi haqqında məlumat diqqətə çatdırılıb.