Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Dillər Universitetində maarifləndirici görüş təşkil olunub

16-11-2026 67 dəfə oxunub
“Uşaq Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Dillər Universitetində maarifləndirici görüş təşkil olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Dillər Universitetində “Rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi və hüquqları” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə universitetin İngilis və fransız dilləri fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak edib.

Ombudsman Aparatının Bərabərlik və ayrı-seçkilik üzrə monitorinq şöbəsinin müdir müavini - Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva tədbirdə çıxış edərək uşaq hüquqları və rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinə dair mövcud qanunvericilik aktları, Ombudsmanın bu sahədə rolu və həyata keçirdiyi fəaliyyət barədə ətraflı məlumat verib.

Tədbirin sonunda Ombudsmanın təşəbbüsü ilə uşaqların rəqəmsal mühitdə qorunmasına, həmçinin uşaqların hüquq və azadlıqlarına dair hazırlanmış maarifləndirici sosial videoçarxlar nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb.