Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı “Sığınacağa dair müraciətlərin istiqamətləndirilməsi mexanizmləri” mövzusunda təlimdə iştirak edib

06-06-2023 285 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı “Sığınacağa dair müraciətlərin istiqamətləndirilməsi mexanizmləri” mövzusunda təlimdə iştirak edib

Dövlət Miqrasiya Xidmətinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Ombudsman Aparatının birgə əməkdaşlığı çərçivəsində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında çalışan hüquq-mühafizə orqanlarının əməkdaşları üçün “Sığınacağa dair müraciətlərin istiqamətləndirilməsi mexanizmləri” mövzusunda təlim keçirilib.

Tədbirdə qaçqın statusunun müəyyənləşdirilməsi və sığınacaqla bağlı prosedurlara dair əsas prinsiplər barədə ətraflı məlumat verilib.

Təlim zamanı Ombudsman Aparatının Şəhid ailələri və müharibə veteranları ilə iş sektorunun müdiri Turan Cahangirova ölkəmizdə qaçqınların və sığınacaq axtaran şəxslərin hüquqlarının milli və beynəlxalq səviyyədə təmin edilməsi, təbliği və onların cəmiyyətə səmərəli inteqrasiyası məqsədilə Müvəkkil tərəfindən həyata keçirilən fəaliyyət barədə məlumat verib.

Tədbirdə, həmçinin ölkəmizdə sığınacaq sisteminin inkişafına dair fikir mübadiləsi aparılıb.