Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Şimal Regional Mərkəzi tərəfindən maarifləndirici tədbirlər keçirilib

16-11-2026 45 dəfə oxunub
“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Şimal Regional Mərkəzi tərəfindən maarifləndirici tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə Quba rayonu İspik kənd tam orta məktəbində, Elm və Təhsil Nazirliyinin Quba Xüsusi Peşə məktəbində, Quba şəhəri Ümumi Təyinatlı İnternat Tipli Ümumi təhsil məktəbində, Qusar rayonu Aşağı Ləyər kənd tam orta məktəbində, Şabran rayonunun Uzunboyad kənd tam orta məktəbində, Siyəzən şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada, Xaçmaz şəhər 1 saylı tam orta məktəbdə və Quba rayonunun Pirvahid kəndində hüquqi maarifləndirmə tədbirləri təşkil olunub.

Tədbirlərdə uşaq hüquqlarının müdafiəsi Müvəkkilin əsas fəaliyyət istiqamətlərindən biri olduğu bildirilib, bu sahədə görülən işlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, Ombudsmana müraciət üsulları, o cümlədən “916” Çağrı Mərkəzi barədə məlumat verilib.

Tədbirlərdə, həmçinin iştirakçılar uşaq hüquqlarına dair milli və beynəlxalq sənədlərdə təsbit edilmiş müddəalar haqqında geniş məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.