Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Şimal-Qərb Regional Mərkəzi tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib

02-06-2023 320 dəfə oxunub
Ombudsmanın Şimal-Qərb Regional Mərkəzi tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal-Qərb Regional Mərkəzi  tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Şəki şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyaya və Şəki Qarışıq Tipli Uşaq Evinə başçəkmələr, həmçinin qeyd olunan müəssisələrdə və Şəki şəhər 3 saylı tam orta məktəbdə müəllim və şagirdlərin iştirakı ilə insan hüquqlarına dair maarifləndirici tədbirlər keçirilib. Tədbirlər zamanı iştirakçılara Ombudsmanın mandatı və uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət barədə məlumat verilib. 

Başçəkmələr zamanı müəssisələrin sinif otaqlarına, mətbəx və yeməkxanalara, ərzaq anbarlarına, oğlanlar və qızlar üçün yataqxanalara, tibb məntəqələrinə, sanitariya qovşaqlarına, hamam, camaşırxanalara, idman zallarına baxış keçirilib, uşaqların hüquqlarının təmini vəziyyəti öyrənilib.