Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

02-06-2023 321 dəfə oxunub
Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Uşaqlara qayğı xalqın gələcəyinə qayğıdır” mövzusunda Masallı rayonu Öncəqala kənd Ə.Məmmədov adına tam orta məktəbində, Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində və Lənkəran şəhər O.Mirzəyev adına Qarışıq Tipli Uşaq Evində silsilə tədbirlər keçirilib.

Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Z.İsmayılov keçirilən tədbirlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Səbinə Əliyevanın adından uşaqları salamlayaraq, onları təbrik edib. 

Ombudsmanın fəaliyyətində uşaq hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirildiyini qeyd edən Z.İsmayılov bu sahədə həyata keçirilən fəaliyyətlər barədə tədbir iştirakçılarına geniş məlumat verib. 

Tədbirlərdə, həmçinin uşaq hüquqlarının müdafiəsi ilə bağlı milli qanunvericilikdə təsbit olunmuş müddəalar və ölkəmizin iştirakçısı olduğu beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər barədə məlumat verilib.