Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Şimal Regional Mərkəzi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar hüquqi maarifləndirmə tədbirləri keçirib

02-06-2023 278 dəfə oxunub
Ombudsmanın Şimal Regional Mərkəzi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar hüquqi maarifləndirmə tədbirləri keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə ənənəvi olaraq 18 may-18 iyun tarixləri arasında keçirilən “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Şimal Regional Mərkəzi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər təşkil edib. 

Quba rayonu Mirzəqışlağ kənd tam orta məktəbində, Quba şəhər Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün Tam Orta İnternat Məktəbində və Xüsusi Peşə məktəbində təşkil olunan tədbirlərdə Regional Mərkəzin rəhbəri Bəhruz Əfəndiyev Ombudsman Səbinə Əliyevanın adından tədbirlərdə iştirak edən uşaqları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib. Uşaqların müdafiəsi və inkişafı ilə bağlı qlobal səviyyədə məlumatlılığı artırmaq məqsədi daşıyan bu günün əhəmiyyəti barədə danışan B.Əfəndiyev uşaq hüquqlarının müdafiəsinin Ombudsmanın fəliyyətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.

Tədbirlərdə, həmçinin uşaq hüquqlarına dair milli və beynəlxalq sənədlərdə təsbit edilmiş müddəalar və Ombudsman təsisatının uşaq hüquqlarının təmin olunması sahəsində həyata keçirdiyi fəaliyyət barədə geniş məlumat verilib.