Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən qadın və uşaq sığınacağında olub.
Ombudsman müəssisə ilə tanış olub, orada yaşayan qadın və uşaqlarla söhbət edərək onların hüquqlarının təmini vəziyyəti ilə maraqlanıb.
Daha sonra ictimai birliyin rəhbəri M.Zeynalova sığınacağın fəaliyyəti barədə Ombudsmana məlumat verib.
Sonda Ombudsman tərəfindən uşaqlara hədiyyələr təqdim olunub.