Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib

01-06-2023 262 dəfə oxunub
Ombudsman Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib.

Ədliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Vəkillər Kollegiyasının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxışı zamanı Ombudsman uşaqları bayram münasibətilə təbrik edib, uşaq hüquqlarının müdafiəsinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.

Müvəkkil, həmçinin Penitensiar Xidmətin tərbiyə müəssisəsində də olub, müəssisədə saxlanılan yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının təmini vəziyyəti ilə maraqlanıb.