Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman təsisatı İnformasiya Komissarlarının Beynəlxalq Konfransının (ICIC) yeni tam hüquqlu üzvü seçilib

26-05-2023 312 dəfə oxunub
Ombudsman təsisatı İnformasiya Komissarlarının Beynəlxalq Konfransının (ICIC) yeni tam hüquqlu üzvü seçilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı İnformasiya Komissarlarının Beynəlxalq Konfransının (International Conference of Information Commissioners) yeni tam hüquqlu üzvü seçilib.

İnformasiya əldə etmək hüququnun təmin olunması sahəsində böyük nüfuza sahib olan bu təşkilat ictimai məlumata çıxışın müdafiəsini və təşviqini həyata keçirmək məqsədilə informasiya ombudsmanlarını, habelə digər sahələrdə fəaliyyət göstərən ombudsmanları və digər qurumları özündə birləşdirir.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə 2020-ci ildə Ombudsman Aparatında İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsi yaradılıb. Şöbə qanunvericiliyə uyğun olaraq informasiya əldə etmək hüququnun təmin olunması, informasiya əldə etmək hüququnun pozulması ilə bağlı daxil olan müraciətlərin baxılması və cavablandırılması, informasiya əldə etmək hüququnun təbliği və təşviqi, bu sahədə hüquqi maarifləndirmə və monitorinqlərin həyata keçirilməsi, təhlillərin aparılması istiqamətlərində fəaliyyət göstərir.