Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində keçirilmiş yekun tədbirdə çıxış edib

27-12-2023 1145 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində keçirilmiş yekun tədbirdə çıxış edib

Bakı Gənclər Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində Bakıxanov qəsəbəsində yerləşən bir sıra tam orta məktəblərin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbir ilk olaraq məktəblilərin mövzu ətrafında hazırladıqları rəsm əsərləri və divar qəzetlərinə baxış ilə başlayıb, daha sonra məktəblilərin məişət zorakılığı, uşaq evliliyi, təhsildən yayınma halları və onların fəsadlarına dair mövzular üzrə hazırladıqları tamaşa nümayiş etdirilib.

Tədbirdə çıxış edən Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov, Müvəkkil tərəfindən qadınların, uşaqların, əlilliyi olan şəxslərin, habelə əhalinin digər sosial cəhətdən həssas qruplarının hüquqlarının müdafiəsi, zorakılığa qarşı mübarizə, gender bərabərliyinin təmin olunması sahəsində həyata keçirilən fəaliyyəti, eləcə də, müxtəlif hüquq pozuntuları ilə bağlı 24/7 rejimində xidmət göstərən 916 Çağrı Mərkəzinin işi haqqında ətraflı məlumat verib.

Sonda “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində təşkil olunan tədbirlərdə fəal iştirak edən məktəblilər Sabunçu rayonunun Bakıxanov qəsəbə bələdiyyəsi tərəfindən diplomlarla təltif olunublar.