Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Qaçqın statusunun müəyyənləşdirilməsinə dair Qubada regional təlim keçirilib

28-04-2023 299 dəfə oxunub
Qaçqın statusunun müəyyənləşdirilməsinə dair Qubada regional təlim keçirilib

Quba, Xaçmaz və Qusar rayonlarında sığınacaq və miqrasiya sahəsində çalışan hüquq-mühafizə orqanlarının əməkdaşları və hakimlər üçün “Sığınacağa dair müraciətlərin istiqamətləndirilməsi mexanizmləri” mövzusunda təlim keçirilib.

Dövlət Miqrasiya Xidməti, BMT-nin Qaçqınlar üzrə Ali Kommissarlığının və Ombudsman Aparatının birgə əməkdaşlığı çərçivəsində keçirilən təlimdə qaçqınların statusu haqqında qanunvericilik, beynəlxalq qaçqın himayəsi, Ombudsmanın bu istiqamətdə fəaliyyətinə dair məlumat verilib.

Ombudsman Aparatının Şəhid ailələri və müharibə veteranları ilə iş sektorunun müdiri Turan Cahangirova ölkəmizdə qaçqınların və sığınacaq axtaran şəxslərin hüquqlarının milli və beynəlxalq müstəvidə təmin edilməsi və təbliği, onların cəmiyyətə səmərəli inteqrasiyası,  habelə bu sahədə tətbiq edilən prosedur qaydalarının təkmilləşdirilməsi məqsədilə Müvəkkil tərəfindən həyata keçirilən tədbirlər barədə təlim iştirakçılarına məlumat verib.

Təlim çərçivəsində ölkəmizdə sığınacaq sisteminin inkişafına dair fikir mübadiləsi aparılıb.