Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının nümayəndəsi gender bərabərliyi və qadın hüquqlarının təşviqinə həsr edilmiş tədbirdə iştirak edib

27-04-2023 341 dəfə oxunub
Ombudsman Aparatının nümayəndəsi gender bərabərliyi və qadın hüquqlarının təşviqinə həsr edilmiş tədbirdə iştirak edib

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova Gender Hub Azərbaycan və “ELSA” Azərbaycan gənclər təçkilatları tərəfindən həyata keçirilən "İnsan hüquqları təhsili: Gənc fəallar və hüquqşünaslar gender bərabərliyi naminə" adlı layihə çərçivəsində keçirilən təlim tədbirində iştirak edib.

Avropa İttifaqının maliyyə dəstəyi və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının təşkilatçılığı ilə keçirilən tədbir insan hüquqları, xüsusilə gender bərabərliyi sahəsindəki məlumatlılığı artırmaq məqsədi daşıyır.

Təlimdə L. Zeynalova iştirakçılara Ombudsmanın qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təbliği sahəsində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib.

Bununla yanaşı o, qadınlara qarşı zorakılığın səbəbləri, mənfi təsirləri, növləri, habelə məişət zorakılığı, erkən nikah və təhsildən yayınma kimi halların qarşısının alınması ilə bağlı maarifləndirmənin əhəmiyyətini vurğulayıb, bu sahədə Ombudsmanın fəaliyyətindən danışıb.

Həmçinin, geyd olunub ki, Ombudsman ona ünvanlanmış qadın hüquqlarının pozulmasına dair müraciətləri həssaslıqla araşdırır, mütəmadi olaraq müvafiq tədbirlər görür və nəticə olaraq qadınların pozulmuş hüquqlarının təmininə nail olunur.

Təlim zamanı qadın hüquqlarının müdafiəsi və gender bərabərliyin təmini ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb, Ombudsman təsisatının maarifləndirici bukletləri təqdim edilib və videoçarxı nümayiş olunub.