Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ümumtəhsil məktəblərində növbəti təlimlər keçirilib

25-04-2023 303 dəfə oxunub
Ümumtəhsil məktəblərində növbəti təlimlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən növbəti maarifləndirmə tədbirləri Bakı şəhəri Səbail rayonu 162 nömrəli, Suraxanı rayonu 87 nömrəli və Pirallahı rayonu 168 nömrəli tam orta məktəblərdə  təşkil olunub.  

Təlimlər Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın “Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin kütləvi informasiya vasitələrini cəlb etməklə əhatə dairəsinin genişləndirilməsi”nə dair müvafiq yarımbəndinin icrası çərçivəsində həyata keçirilib.

“Uşaqların zorakılıqdan müdafiəsi” mövzusuna həsr olunmuş təlimlərdə Aparatın Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları tərəfindən təqdimat nümayiş etdirilib, uşaqlara qarşı zorakılıq və onun növləri, ayrı-seçkiliyin formaları, zorakılıqdan müdafiə mexanizmləri, uşaq hüquqlarının təmini sahəsində mövcud normativ hüquqi aktlar, habelə Ombudsmanın 916 Çağrı Mərkəzinin fəaliyyəti barədə iştirakçılara məlumat verilib.

Təlim zamanı qruplar şəklində aparılan müzakirələrdə iştirakçılar uşaq hüquqlarının müdafiəsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Tədbirlərə uşaqlarla yanaşı məktəb psixoloqu və müəllim heyəti də qatılıb.

Təlimlər paytaxtın digər rayonlarında və regionlarda davam etdiriləcəkdir.