Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Şuşa rayonu Allahqulular kəndi istiqamətində Ermənistanın mina təxribatı ilə bağlı Ombudsmanın beynəlxalq ictimaiyyətə müraciəti

23-04-2023 316 dəfə oxunub
Şuşa rayonu Allahqulular kəndi istiqamətində Ermənistanın mina təxribatı ilə bağlı Ombudsmanın beynəlxalq ictimaiyyətə müraciəti

Bu gün Şuşa rayonu Allahqulular kəndi istiqamətində Azərbaycan Ordusunun hərbi yük maşınının həmin yolda qanunsuz erməni hərbi birləşmələri tərəfindən yeni basdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız yaralanmışdır. Həmin yaralılara yardım üçün gələn digər hərbi qulluqçu isə piyada əleyhinə minaya düşmüşdür. Beləliklə, həmin hadisə nəticəsində üç hərbi qulluqçumuz ağır yaralanmışdır.

Həmin əraziyə baxış zamanı yolun hərəkət hissəsi ətrafında Ermənistan tərəfindən 2021-ci ildə istehsal olunmuş tank və piyada əleyhinə minaların aşkarlanması Ermənistanın postmüharibə dövründə təxribatçılıq siyasətini davam etdirməsinin növbəti sübutudur.

Son dövrlərdə regionda bu kimi təxribat yönümlü, beynəlxalq humanitar hüquqa zidd hərəkətlərin intensiv xarakter aldığını nəzərə alaraq, dünya ictimaiyyətini Ermənistanın regionda sülhü təhdid edən və gərginliyi artıran, daha çox insanın həlak olmasına və yaralanmasına səbəb olan əməllərinə son qoyması ilə bağlı qəti addımlar atmağa çağırırıq.