Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinə başçəkmə keçirilib

19-04-2023 356 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən 11 nömrəli   İnteqrasiya Təlimli İnternat Məktəbinə başçəkmə keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Azərbaycan Respublikasının  Elm və Təhsil Nazirliyinin Bakı şəhərində yerləşən 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinə başçəkmə həyata keçirilib.

Başçəkmənin məqsədi bu müəssisədə uşaq hüquqlarının təmini vəziyyətinin yoxlanılması, saxlanma şəraitinin, rəftar məsələlərinin və mövcud vəziyyətin araşdırılması olub.

Başçəkmə zamanı müəssisənin yataqxana, yeməkxana, sinif otaqları və digər inzibati otaqlarına baxış  keçirilib, habelə uşaqların asudə vaxtının təşkili, qidalanma, içməli su təminatı və sənədləşmə işləri araşdırılıb. 

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı müəyyən edilmiş nöqsanların aradan qaldırılması üzrə tövsiyələr verilib.