Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Ombudsman Aparatının əməkdaşları Heydər Əliyev Mərkəzində olublar.
Ziyarət zamanı Aparat əməkdaşlarına dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Onlar Mərkəzdə yerləşən muzeydə görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.