Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Masallı rayonunda Gender bərabərliyinin təmin edilməsində ictimai məlumatlandırılmə mövzusunda maarifləndirici tədbir təşkil olunub

13-04-2023 347 dəfə oxunub
Masallı rayonunda Gender bərabərliyinin təmin edilməsində ictimai məlumatlandırılmə mövzusunda maarifləndirici tədbir təşkil olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi Masallı Rayon İcra Hakimiyyəti ilə birgə “Gender bərabərliyinin təmin edilməsində  ictimai məlumatlandırılma” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirib. Tədbirdə bir sıra dövlət və özəl müəssisələrin əməkdaşları, həkimlər, din xadimləri və gənclər iştirak edib.

Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov tədbirdə “Gender bərabərliyinin təmin edilməsi, ayrı-seçkiliyin bütün formalarınının aradan qaldırılması, gender bərabərliyinin təmin edilməsi üzrə dövlət siyasətinin əsas istiqamətləri” və “Gender zorakılığı” mövzularında çıxış edərək insan hüquqları və gender əsaslı zorakılıqla mübarizə  sahəsində Müvəkkilin fəaliyyəti, habelə ölkəmizdə müvafiq sahədə qəbul edilmiş qanunvericilik aktları və həyata keçirilmiş institusional islahatlar barədə məlumat verib.

Maarifləndirici tədbir mövzu üzrə müzakirələrlə davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.