Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Qərb regional mərkəzi “Autizmli şəxslərin hüquqlarının təbliği və müdafiəsi” mövzusunda maarifləndirmə tədbiri təşkil edib

12-04-2023 328 dəfə oxunub
Ombudsmanın Qərb regional mərkəzi “Autizmli şəxslərin hüquqlarının təbliği və müdafiəsi” mövzusunda maarifləndirmə tədbiri təşkil edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsanın) Qərb Regional Mərkəzi tərəfindən Autizm maarifləndirmə aylığı çərçivəsində Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzindən bəhrələnən autizmli uşaqların və onların valideynlərinin iştirakı ilə “Autizmli şəxslərin hüquqlarının təbliği və müdafiəsi” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov aprel ayı boyunca Ombudsman Aparatı və regional mərkəzlərinin autizm spektr pozuntusu olan insanlara dəstək məqsədilə həyata keçirilən maarifləndirmə kampaniyası haqqında məlumat verib.

Daha sonra o, Ombudsman  Səbinə Əliyeva tərəfindən autizm spektr pozuntusu olan şəxslərlə bağlı normativ hüquqi aktın və dövlət proqramının qəbulunun təklif edildiyini bildirib. Həmçinin bu kateqoriyadan olan sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin maarifləndirilməsi, uşaqlarla işləyən mütəxəssislərin peşəkarlığının artırılması, cəmiyyətdə mövcud olan digər bu kimi sosial-psixoloji problemlərin aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsinin hər zaman Müvəkkilin diqqət mərkəzində olduğu qeyd edilib.

Müzakirə şəklində davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb, Ombudsmana müraciət qaydaları izah olunub, 24 saat ərzində xidmət göstərən 916 “Çağrı Mərkəzi” barədə məlumat verilib.