Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları Daxili Qoşunların Ali Hərbi Məktəbinə və N saylı hərbi hissəyə baş çəkiblər

10-04-2023 302 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları Daxili Qoşunların Ali Hərbi Məktəbinə   və N saylı hərbi hissəyə baş çəkiblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın fəaliyyəti çərçivəsində, tədbirlər planına müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşları DİN-in DQ-nin Ali Hərbi Məktəbinə və Bakı şəhəri Nərimanov rayonunda yerləşən N saylı hərbi hissəyə başçəkmə həyata keçirib.

Başçəkmə zamanı hər iki müəssisənin tibb məntəqəsinə, yeməkxanasına, mətbəxinə, ərzaq anbarlarına, əsgər yataqxanasına, sanitar qovşağına, məişət otaqları və digər obyektlərinə baxış keçirilib. Şəxsi heyət üçün yaradılmış şərait, hərbi qulluqçuların yaxınları ilə əlaqə saxlaması üçün quraşdırılmış taksafon aparatının olması, hərbi qulluqçularla aparılan vətənpərvərlik və ideoloji işlərin keyfiyyəti yerində öyrənilib.

Başçəkmə çərçivəsində Ali Hərbi Məktəbin və N saylı hərbi hissənin şəxsi heyətinə, habelə gənc əsgərlərə Ombudsmanın səlahiyyətləri və hərbi qulluqçuların hüquqlarının müdafiəsi sahəsində gördüyü işlərə dair, 24 saat ərzində xidmət göstərən  916 “Çağrı Mərkəzi” barədə məlumat verilib, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

Sonda hərbi qulluqçuların hüquqlarının daha səmərəli qorunması, şəxsi heyətlə vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin artırılması üçün hərbi hissə komandanlığına müvafiq tövsiyələr verilib.