Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar yetkinlik yaşına çatmayan şəxslər üçün şəhər gəzintisi təşkil olunub

06-05-2023 234 dəfə oxunub
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar yetkinlik yaşına çatmayan şəxslər üçün şəhər gəzintisi təşkil olunub

Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əməkdaşlıq çərçivəsində Tərbiyə Müəssisəsində islah olunan iki nəfər yetkinlik yaşına çatmayan şəxsin  paytaxtda yerləşən tarixi-mədəniyyət abidələrinə, istirahət və ictimai iaşə obyektlərinə səfəri təşkil edilib.

İlk olaraq Ombudsman uşaqlarla birlikdə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsinə dərin ehtiramını bildirib. Sonra Şəhidlər xiyabanı ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əbədi xatirəsi yad edilib.

Heydər Əliyev irsinin öyrənilməsi və vətənpərvərlik hisslərinin aşılanması, habelə onların cəmiyyətə adaptasiyası məqsədini daşıyan proqram çərçivəsində uşaqların Heydər Əliyev Mərkəzi və Hərbi Qənimətlər Parkına səfərləri təşkil olunub. 

Daha sonra Ombudsman uşaqlarla birgə nahar edib, onları Ümummilli Lider Heydər Əliyevin irsi, keçdiyi şərəfli ömür yolu, ölkəmizin tarixindəki rolu barədə məlumatlandırıb, habelə hüquqlarının müdafiəsi, təhsilləri, peşə vərdişləri və islah olunmaları istiqamətində onlara öz tövsiyələrini verib.  

Sonda uşaqların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə əyləncəli proqram təşkil olunub.