Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman və Aparatın kollektivi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən növbəti ağacəkmə aksiyasında iştirak ediblər

08-04-2023 256 dəfə oxunub
Ombudsman və Aparatın kollektivi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən növbəti ağacəkmə aksiyasında iştirak ediblər

Məlumdur ki, ölkəmizdə yaşıllığın artırılması, ekoloji problemlərin bərpası məqsədilə paytaxtda və rayonlarda müxtəlif ağacəkmə və təmizlik-abadlıq işləri görülməkdədir. Bir neçə ildir ki, Azərbaycanda ağacəkmə aksiyaları ənənə halını alıb və cari ildə də geniş şəkildə davam etdirilir. Ombudsmanın Aparatı və regional mərkəzləri də bu cür kampaniyalarda fəal iştirak edirlər. 

“Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən növbəti ağacəkmə aksiyası  paytaxtın Nərimanov rayonu ərazisində bələdiyyə parkında keçirilib. Qeyd edilməlidir ki, Ümummilli Lider Heydər Əliyev rəhbərliyi dövründə ölkədə ekoloji problemlərin həlli, təbii sərvətlərdən səmərəli istifadə məsələlərini daim diqqət mərkəzində saxlamışdır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın, regional mərkəzlərin əməkdaşları sözügedən aksiyaya qoşulublar. Bu aksiya çərçivəsində  Nərimanov rayonu bələdiyyəsinin yeddi hektarlıq ərazisində yüz ədəd ağac tingi əkilib.