Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Böyük Britaniya Səfiri ilə görüşüb

04-04-2023 330 dəfə oxunub
Ombudsman Böyük Britaniya Səfiri ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb. Görüşdə səfiri siyasi işlər üzrə müşavirlər Edvard Kraymble və Elmir Bədalov müşaiyət ediblər. 

Görüş zamanı qonaqlara Ombudsmanın fəaliyyət istiqamətləri, Milli Preventiv Mexanizm mandatı çərçivəsində həyata keçirilən başçəkmələr, təsisatda institutional dəyişikliklər haqqında məlumat verilib. Bundan başqa, Ombudsmanın məhkumların və onların ailə üzvlərinin müraciətləri əsasında ölkə Prezidentinə əfv təklifləri ilə müraciət etdiyi, habelə Əfv Məsələləri Komissiyasının iclaslarında fəal iştirak etdiyi bildirilib. Qeyd olunub ki, fəaliyyət dövründə Ombudsmanın vəsatəti ilə ümumilikdə 805, 2022-ci ildə isə 31 məhkum əfv edilmişdir. 

Ombudsman S. Əliyeva BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) mexanizmi çərçivəsində sözügedən quruma alternativ hesabatlar, bəyanatlar təqdim etdiyini, UDİ mexanizmi çərçivəsində insan hüquqlarının təmini və müdafiəsi üzrə ölkəyə edilən tövsiyələrin effektiv implementasiyası məqsədilə hökumətə bir sıra təkliflər verdiyini diqqətə çatdırıb. Habelə, UDİ üzrə tövsiyələrin icrası məsələsi müzakirə edilib.  

Görüşdə bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb. 

  Yekunda nümayəndə heyətinin üzvlərinə Ombudsman təsisatının 20 illiyinə həsr olunmuş poçt markası və təsisat tərəfindən hazırlanmış maarifləndirici nəşrlər hədiyyə edilib.