Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı “Qadınlar və kibercinayətkarlıq” mövzusunda onlayn tədbirdə çıxış edib

03-04-2023 288 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı “Qadınlar və kibercinayətkarlıq” mövzusunda onlayn tədbirdə çıxış edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Ofisi tərəfindən “Qadınlar və kibercinayətkarlıq” mövzusunda onlayn tədbir keçirilib.

Ümumilikdə iki sessiyadan ibarət olan tədbirdə BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT Uşaq Fondunun ekspert üzvləri, həmçinin Mərkəzi Asiya  və Cənubi Qafqaz ölkələrinin dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış ediblər. Tədbirdə gender bərabərliyi sahəsində ən yaxşı təcrübələr, innovativ yanaşmalar, qadınlar və qızlar üçün təhlükəsiz kiberməkan, qadınlara qarşı zorakılıq və kibercinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığın rolu mövzuları müzakirə edilərək bir sıra fikirlər səsləndirilib.

Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova tədbirdə çıxış edərək  bildirib ki, Azərbaycan Ombudsmanı tərəfindən qadınların pozulmuş hüquqlarının bərpası, gender bərabərliyinin təmini və təbliği sahəsində geniş fəaliyyət həyata keçirilir. Ombudsman tərəfindən əhalinin müxtəlif qruplarından olan qadınların hüquqlarının müdafiəsinə fərdi yanaşılması, qanunvericiliyin təkmilləşdirilməsi, dövlət proqramlarının və milli fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi, kibercinayətkarlığa və qadınlara qarşı zorakılıqla mübarizə üzrə hüquqi maarifləndirmə işinə geniş yer verilməsi barədə məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Azərbaycan Ombudsmanının bu sahədə geniş fəaliyyəti müsbət təcrübə kimi qiymətləndirilib. 

Yekunda qadın hüquqlarının müdafiəsi və kibercinayətkarlıqla mübarizə sahəsində fəaliyyətin daha səmərəli təşkili üçün beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin zəruriliyi vurğulanıb.