Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-illiyinə həsr edilmiş tədbir keçirilib

30-12-2023 11463 dəfə oxunub
Ombudsman Aparatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-illiyinə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və Dünya Azərbaycanlılarının Həmrəyliyi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə ilk olaraq dövlət himni səsləndirilib, Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən Ombudsman Səbinə Əliyeva “Heydər Əliyev İli” çərçivəsində təsisat tərəfindən təşkil edilmiş silsilə tədbirlər və Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün yaranma tarixi barədə danışıb.

Ombudsman dünya Azərbaycanlılarının hamisi olan Ümummilli Lider Heydər Əliyevin müxtəlif ölkələrdə yaşayan soydaşlarınızın təşkilatlanması,  onların hüquqlarının qorunması istiqamətində mühüm işlər gördüyünü, onun təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Qurultayının keçirildiyini, bu müdrik siyasətin soydaşlarımızın milli mənlik şüurunun güclənməsi, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının fəallığının artmasında, Azərbaycan həqiqətlərinin xarici ölkələrdə yayılmasında mühüm rol oynadığını qeyd edib.

Müvəkkil Ulu Öndər Heydər Əliyev siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, xaricdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi və diaspor quruculuğu sahəsində həyata keçirilən uğurlu siyasət nəticəsində bu gün Azərbaycan diasporunun mütəşəkkil bir qüvvəyə çevrildiyini söyləyib.

Daha sonra çıxış edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlişi ilə ölkəmizin hərtərəfli inkişafı istiqamətində kompleks islahatların həyata keçirildiyini, Ulu Öndərin bu gün hər bir Azərbaycanlının qürur mənbəyinə çevrilmiş bir dövləti bizə miras qoyduğunu bildirib.

Tədbirin davamında Ombudsman Aparatının aparıcı məsləhətçisi Türkan Xəlilova görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin dövlətçilik irsinin müasir gənclik və gələcək nəsillər üçün əsl nümunə olduğunu diqqətə çatdırıb.

Sonda tədbir iştirakçılarına bu əlamətdar günə həsr olunmuş film nümayiş etdirilib və mövzu ilə bağlı müzakirələr aparılıb.