Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

03-04-2023 239 dəfə oxunub
Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi Masallı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanın siyasi-hüquqi əhəmiyyəti” mövzusunda tədbir keçirib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd olunub ki, xalqımızın məruz qaldığı soyqırımı və etnik təmizləmə siyasətinin dəhşətli miqyasının beynəlxalq ictimaiyyətə çatdırılması, törədilmiş cinayətlərin araşdırılması və hadisələrə siyasi-hüquqi qiymət verilməsi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Bu baxımdan Ümummilli Lider tərəfindən imzalanmış 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Çıxış zamanı Z.İsmayılov Müvəkkil tərəfindən hər il 31 mart tarixi ərəfəsində Azərbaycanlıların Soyqırımı Gününə dair bəyanat verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.