Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları Türkan qəsəbəsində yerləşən “N” saylı hərbi hissəyə başçəkmə həyata keçirib

15-03-2023 272 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları Türkan qəsəbəsində yerləşən “N” saylı hərbi hissəyə başçəkmə həyata keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın fəaliyyəti çərçivəsində, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinə tərtib olunmuş plana müvafiq olaraq, Ombudsman və Aparatının əməkdaşları tərəfindən başçəkmələr müntəzəm qaydada davam etdirilir.

Bu fəaliyyət çərçivəsində Ombudsman Aparatının əməkdaşları FHN-nin Mülki Müdafiə Qoşunlarının Türkan qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində olub, şəxsi heyətin məişət şəraiti ilə tanış olub, hüquqi maarifləndirmə işi aparıblar.

Başçəkmə zamanı hərbi hissənin bütün obyektlərinə, o cümlədən əsgər yataqxanasına, yeməkxanaya, mətbəxə, tibb məntəqəsinə, görüş yerinə, məişət otaqlarına, habelə ümumi əraziyə baxış keçirilib, hərbi qulluqçuların məişət şəraiti öyrənilib.

Aparatın əməkdaşları hərbi hissənin müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizir və zabit heyəti ilə keçirilən görüşdə respublikamızda Ombudsman təsisatının yaranma tarixi, səlahiyyətləri, insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi istiqamətində Müvəkkilin fəaliyyəti haqqında ətraflı məlumat verib, hərbi qulluqçuların  suallarını cavablandırıblar.

Belə görüşlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanıb.