Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Ofisinin nümayəndə heyətini qəbul edib

10-03-2023 255 dəfə oxunub
Ombudsman ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Ofisinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Ofisinin xüsusi Tapşırıqlar üzrə səfirinin müavini Karson Relit Roker və Avropa və Mərkəzi Asiya üzrə Müşaviri Joanna Vulfsberqi qəbul edib. Nümayəndə heyətini ABŞ-ın Azərbaycandakı səfirliyinin Siyasət Məsələləri üzrə Müşavir Brett Dvorak müşaiyət edib. 

Görüşdə Ombudsman ötən il 20 illiyini qeyd etdiyimiz təsisatın fəaliyyət istiqamətləri, Milli Preventiv Mexanizm mandatı çərçivəsində həyata keçirilən başçəkmələr, müxtəlif əhali qruplarının hüquqlarının müdafiəsi sahəsində görülən işlər barəsində, o cümlədən yeni yaradılan şöbə və sektorlar haqqında məlumat verib.

S. Əliyeva Covid-19 pandemiyası zamanı görülən fəaliyyət, Müvəkkilin hər bir şəxsin müraciətinə heç bir ayrı-seçkiliyə yol verilmədən, həssaslıqla yanaşıldığını bildirib. Qonaqlara  vahid  mərkəzdə birləşdirilmiş 24/7 rejimində fəaliyyət göstərən 916 nömrəli Çağrı Mərkəzi haqqında da məlumat verilib. Müvəkkil Ombudsmanın 4 Regional Mərkəzinin fəaliyyət göstərdiyini, regionlarda aktual olan problemlərin həlli istiqamətində işlərin və hüquqi maarifləndirici tədbirlərin həyata keçirildiyini qeyd edib. Qeyd edilməlidir ki, bu proses zamanı yerli QHT-lər və dövlət qurumları ilə bu sahədə sıx əməkdaşlığın mövcud olduğunu deyib. 

Ombudsman təsisatın Beynəlxalq Ombudsmanlar İnstitutu, Asiya Ombudsmanlar Assosiasiyası, Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansı, Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsi əməkdaşlıq etdiyini qeyd edib.