
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının kollektivi Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar "Ana fəryadı" abidəsini ziyarət edib.
Abidə önünə tər güllər qoyulub, soyqırım qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib, şəhidlərin ruhlarına dualar oxunub.