Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən regionlarda növbəti başçəkmələr həyata keçirilib

24-02-2023 315 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən regionlarda növbəti başçəkmələr həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr davam etdirilir.

Belə ki, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq edilmədən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Rüfət Kəlbiyev adına Xınalıq kənd tam orta internat məktəbində, Quba Xüsusi peşə məktəbində və Quba şəhər Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbində monitorinqlər aparılıb.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd müəssisələrdə saxlanma şəraitinin və uşaqlarla rəftarın, asudə vaxtın təşkili, habelə müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmələrin gedişində saxlanma şəraiti ilə bağlı sinif otaqlarına, yataqxanalara, mətbəx, tibb və digər inzibati otaqlara baxış keçirilib, habelə asudə vaxtın təşkili, sənədləşmə, qidalanma, içməli isti və soyuq su təminatı ilə bağlı vəziyyət araşdırılıb.

Rəftar məsələlərinin araşdırılması məqsədilə müəssisələrin rəhbərliyi və əməkdaşları, o cümlədən şagirdlərlə fərdi və qrup şəklində söhbətlər aparılıb.