Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

22-02-2023 119 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Vüsalə Bayramova ilə görüş keçirib.

Görüş zamanı Ombudsman mandatı və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki  fəaliyyət istiqamətləri barədə məlumat verib.

Bununla yanaşı, Ombudsman müharibə və postmüharibə dövründə Ermənistanın Azərbaycana qarşı törətmiş olduğu insanlıq əleyhinə, habelə müharibə cinayətləri nəticəsində pozulmuş insan hüquqları barədə faktları özündə əks etdirən hesabat, müraciət və bəyanatlar hazırlayaraq, müvafiq beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına ünvanladığını vurğulayıb.

Daha sonra  Ombudsman fərdi inkişaf planına uyğun olaraq V.Bayramovanın 1 il ərzində Aparatın müxtəlif şöbə və sektorlarında təcrübəyə cəlb ediləcəyini, insan hüquqları sahəsində zəruri bilik və bacarıqlar əldə etməsi üçün şərait yaradılacağını bildirib.

Sonda ikinci “Yüksəliş” müsabiqəsinin qalibi mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi qəbula görə Ombudsmana təşəkkür edərək, onun yerli və beynəlxalq təcrübəsindən faydalanmaq istədiyini bildirib.