Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman ABŞ-ın Beynəxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı nümayəndəliyi ilə görüş keçirib

17-02-2023 272 dəfə oxunub
Ombudsman ABŞ-ın Beynəxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı nümayəndəliyi ilə görüş keçirib

Azərbaycan Respublikasının İnsan üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ABŞ Beynəxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə Missiya direktoru Maykl Nehrbass və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Müvəkkil qonaqlara Ombudsmanın mandatı və insan hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyət istiqamətləri, hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən maarifləndirmə tədbirləri, nəşr olunan çap vəsaitləri haqqında geniş məlumat verib. 

Görüşdə qadınların iqtisadi imkanlarının artırılması, insan alveri və gender əsaslı zorakılıqla mübarizə və digər istiqamətlərdə birgə əməkdaşlıq perspektivləri müzakirə edilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.