Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib

13-02-2023 306 dəfə oxunub
Ombudsman Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkəmizdə Ali Məhkəmənin yaradılmasının 100 illiyi münasibətilə “Ali Məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar” mövzusuna həsr edilmiş beynəlxalq konfransda iştirak edib.

Konfransa bir sıra dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, habelə digər ölkələrin ali məhkəmələrindən nümayəndələr qatılıblar.  

Çıxışda Ombudsman Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş hüquq islahatları nəticəsində insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli hüquq-müdafiə mexanizmlərinin və müasir məhkəmə-hüquq sisteminin formalaşdırıldığını, bu siyasətin bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, Azərbaycan Respublikası Ali Məhkəməsinin ölkədə ədalət mühakiməsinin effektiv şəkildə həyata keçirilməsi sahəsindəki mühüm rolundan bəhs edib.

S.Əliyeva insan hüquqlarının müdafiəsi sahəsində Ombudsman təsisatı ilə Ali Məhkəmə və digər məhkəmə orqanları  arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu, məhkəmə proseslərində insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə Müvəkkilə ünvanlanmış müraciətlərin araşdırılması, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsinə xidmət edən normativ-hüquqi aktlara dair  rəy və təkliflərin verilməsi, Ədliyyə Akademiyasında təşkil olunan kurslarda iştirak edən hakimlər, habelə hakimliyə namizədlərin bilik və bacarıqlarının artırılması istiqamətində uğurla davam etdirildiyini diqqətə çatdırıb.