Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman zəlzələdə həlak olanlarla bağlı başsağlığı vermək üçün Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edib

11-02-2023 230 dəfə oxunub
Ombudsman zəlzələdə həlak olanlarla bağlı başsağlığı vermək üçün Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının ölkəmizdəki səfirliyini ziyarət edərək, Türkiyənin cənub bölgəsində on minlərlə insanın həlak olması və yaralanması ilə nəticələnmiş zəlzələ ilə əlaqədar başsağlığı verib. Ombudsman zəlzələ qurbanlarının xatirəsinə həsr olunmuş matəm kitabına öz ürək sözlərini yazıb, həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyib. 

Ombudsman Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşü zamanı güclü zəlzələ nəticəsində baş vermiş çoxsaylı insan tələfatı və genişmiqyaslı dağıntılarla bağlı dərin təəssüf hissi duyduğunu qeyd edib. S.Əliyeva Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələrinin sarsılmaz olduğunu, Türkiyədə baş vermiş faciəvi hadisədən sonra Azərbaycan tərəfindən həm dövlət, həm də xalq səviyyəsində göstərilən həmrəylik və dəstəklə bu faktın bir daha sübut olunduğunu vurğulayıb. 

Qeyd edək ki, Azərbaycan Ombudsmanı tərəfindən zəlzələnin baş verdiyi gün Türkiyənin Baş Ombudsmanına və Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun rəhbərinə başsağlığı məktubu ünvanlanıb. Həmin qurumların rəhbərləri də öz növbələrində göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər. 

Eyni zamanda, Ombudsman və təsisatın kollektivi tərəfindən Türkiyədəki zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə humanitar yardım məqsədilə maddi dəstək və zəruri ləvazimatlar göndərilib.