Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları evdar qadınların sosial müdafiəsi və beynəlxalq təcrübə mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər

07-02-2023 206 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları evdar qadınların sosial müdafiəsi və beynəlxalq təcrübə mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə” İctimai Birliyinin və “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi İctimai Birliyinin Avropa İttifaqının və BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə birgə icra etdikləri “Azərbaycanda uşaqların və həssas qadınların insan hüquqlarının monitorinqi və müdafiəsi” layihəsi çərçivəsində dəyirmi masa keçirilib.

“Azərbaycanda evdar qadınların sosial müdafiəsi problemləri və beynəlxalq təcrübənin tətbiqi imkanları” mövzusuna həsr edilmiş  tədbirdə Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov və Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva iştirak ediblər.

M.Mahmudov tədbirdə çıxış edərək Ombudsman Səbinə Əliyeva tərəfindən qadınların hüquqlarının təşviqi, müdafiəsi və monitorinqi, gender bərabərliyinin təmini sahəsində görülən işlər, müvafiq milli fəaliyyət planlarının icrası ilə bağlı həyata keçirilən fəaliyyətlər, eyni zamanda bu məqsədlə qanunvericiliyin təkmilləşdirilməsi və qadınların məşğulluq imkanlarının artırılması istiqamətində irəli sürülən təkliflər barədə məlumat verib.

Dəyirmi masanın təşkilatçıları layihə çərçivəsində icra olunmuş işlər, o cümlədən qadınlara göstərilmiş hüquqi yardım barədə fikirlərini diqqətə çatdırıblar.