Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Hadrud qəsəbəsində yerləşən “N” saylı hərbi hissəyə başçəkmə həyata keçirib

07-02-2023 275 dəfə oxunub
Ombudsman Hadrud qəsəbəsində yerləşən “N” saylı   hərbi hissəyə başçəkmə həyata keçirib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2023-cü il üçün birgə tədbirlər planına əsasən, 6 fevral tarixində Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşları Hadrud Qəsəbəsində yerləşən “N” saylı hərbi hissəyə başçəkmə həyata keçiriblər.

Başçəkmə zamanı Ombudsman ilk öncə hərbi hissənin ərazisində yerləşən “Dəmir Yumruq” büstünü və şəhidlərin xatirəsinə həsr olunmuş abidə kompleksini ziyarət edib, abidə önünə gül dəstələri qoyub, şəhidlərin əziz xatirəsini yad edib.

2-ci Ordu Korpusunun komandiri Mayis Bərxudarov qonaqlara hərbi hissəsinin yaranması və fəaliyyəti haqqında məlumat verib. Daha sonra Ombudsman “N” saylı hərbi hissənin “Şərəf kitabı”na öz ürək sözlərini yazıb.

Səbinə Əliyeva və Aparatın əməkdaşları hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, yataqxanaya, yeməkxanaya və hərbi sirr təşkil etməyən digər obyektlərə də baş çəkiblər. Müvəkkil həmin ərazidə yerləşən Hadrud Hərbi Hospitalında olub, orada müalicə alan hərbi qulluqçuların sağlamlıq vəziyyətləri ilə maraqlanıb, tibbi personalla görüşüb və onlara xidmətlərində uğurlar arzu edib.

Ombudsman hərbi hissənin yeməkxanasında hərbi qulluqçularımızla birlikdə nahar edib.

Səbinə Əliyeva xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr təqdim edib, hərbi hissənin şəxsi heyəti ilə xatirə şəkli çəkdirib.

 Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.