Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Regional Mərkəzləri 2 Fevral- Azərbaycan Gəncləri Günü münasibətilə tədbirlər keçirib

04-02-2023 220 dəfə oxunub
Ombudsmanın Regional Mərkəzləri 2 Fevral- Azərbaycan Gəncləri Günü münasibətilə tədbirlər keçirib

2 Fevral- Azərbaycan Gəncləri Günü münasibətilə Ombudsmanın Regional Mərkəzləri müxtəlif dövlət qurumları ilə birgə gənclərin və geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbirlər keçiriblər. 

Keçirilən tədbirlər zamanı Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.

Tədbirlərdə Ulu Öndər Heydər Əliyev tərəfindən 2 fevral tarixinin Azərbaycan gəncləri günü kimi təsis etdiyi və dövlət gənclər siyasətinin banisi olduğu, onun təşəbbüsü ilə 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirildiyi, gənclər siyasətinin əsas məqsəd və prinsipləri, eləcə də istiqamətləri, gənclərin öz bilik və bacarıqlarını, potensialını effektiv şəkildə reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutması məqsədilə  ayrı-ayrı dövlət qurumları dövlət öncədən müəyyən olunmuş prioritetləri həyata keçirildiyi qeyd edilib. 

Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda gənclərin potensialının inkişaf etdirilməsi, ölkəmizin mənafeyi naminə bu potensialdan istifadə edilməsi, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırılması məqsədinin müəyyən edildiyi bildirilib.

     Gənclərimizin bu gün idarəetmədə, vətəndaş cəmiyyətinin inkişafı sahəsində faəl iştirak etmələri, təhsildə yüksək uğurlara imza atmaları, vətənimizin inkişafı naminə səylə çalışdıqları diqqətə çatdırılıb.

Habelə tədbirlər zamanı Ombudsmanın Regional Mərkəzlərinin rəhbərləri Ombudsmanın gənclərin hüquqları ilə bağlı çoxşaxəli fəaliyyəti, bu sahədə hüquqi maarifləndirmə tədbirləri barədə məlumat veriblər. 

Qeyd edilməlidir ki, bu əlamətdar tarix münasibətilə Astara rayonunda  keçirilmiş tədbirlər zamanı Ombudsmanın Cənub Regional Mərkəzi  “2 fevral-Gənclər Günüdür” mövzusunda film, o cümlədən rayon Heydər Əliyev Mərkəzinin və Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgisi nümayiş etdirilib.

Eyni tarixdə Masallı rayonunda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda keçirilən ümumrayon tədbiri zamanı Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılova gənclərin insan hüquqları sahəsində maarifləndirilməsi və səmərəli fəaliyyətinə görə təltifnamə təqdim edilib.