Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən 4 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirilib

30-12-2023 13186 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən 4 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirilib.

Başçəkmənin məqsədi saxlanılma şəraitinin və rəftar məsələlərinin, müəssisədə saxlanılan şəxslərin daxili intizam qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi, habelə daxil olmuş müraciətlərin yerində qəbulu və araşdırılması olub.

Başçəkmə zamanı qadın məhkumların hüquqlarının təmini vəziyyəti yoxlanılıb, kollektiv və fərdi şəkildə müraciətləri dinlənilərək, qeydə alınıb və onlara hüquqi məsləhətlər verilib.

Eləcə də Milli Preventiv Qrupun üzvləri tərəfindən məhkumlarla cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin qarşılaşdıqları çətinliklər və onların sosial ehtiyaclarının həllinə yönəlmiş maarifləndirici söhbətlər də aparılıb.