Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən “Məişət zorakılığının qarşısının alınması” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib

31-01-2023 235 dəfə oxunub
Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən “Məişət zorakılığının qarşısının alınması” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzi və Gəncə Maarif Evi İctimai Birliyinin birgə təşkilatçılığı, fəal gənclərin iştirakı ilə “Məişət zorakılığının qarşısının alınması” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib.

Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxışı zamanı məişət zorakılığı probleminin və onun doğurduğu nəticələrin aradan qaldırılmasının  həllinə nail olmaq üçün bu sahədə preventiv tədbirlərin görülməsinin əsas prioritet istiqamətlərdən olduğunu vurğulayıb.

Ombudsman təsisatı tərəfindən zorakılığa qarşı mübarizəni təşviq edən, əhalinin müxtəlif qrupları üçün nəzərdə tutulmuş maarifləndirmə tədbirlərinin müntəzəm olaraq davam etdirildiyi də diqqətə çatdırılıb.

Daha sonra iştirakçılara zorakılığın hüquqi və psixoloji aspektləri, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları, Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” barədə məlumat verilib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.