Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı cənab Volker Türkə ünvanlanmış sual

19-01-2023 274 dəfə oxunub
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı cənab Volker Türkə ünvanlanmış sual

Beynəlxalq təşkilatların yüksək rütbəli məmurları hər hansı bir bəyanat verməzdən əvvəl ilk növbədə əsaslanmış və etibarlı mənbələrə istinad etməli və bu cür həssas bir məsələdə verdikləri bəyanata görə daşıdıqları məsuliyyəti hiss etməlidirlər. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, bəzən bu cür yüksək rütbəli məmurlar məsələ barəsində heç bir məlumatları olmadan məsuliyyətsiz bəyanatlar verə bilirlər. Bu, nəinki onların təmsil etdikləri təşkilatın nüfuzuna xələl gətirir, həmçinin onların şəffaflığı və bitərəfliyinə əsaslı şəkildə ictimai şübhələrin yaranmasına səbəb olur.  

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı cənab Volker Türkün Laçın-Xankəndi yolundakı dinc aksiya ilə əlaqədar verdiyi son bəyanatına cavab olaraq çox hörmətli Komissara bir sual ünvanlamaq istərdim:  

Hörmətli Ali Komissar, ehtimal edirəm ki, əlinizdə Laçın-Xankəndi yolundakı vətəndaş cəmiyyəti institutlarının etiraz aksiyaçılarının ərzaq, dərman və əsas ləvazimatları daşıyan yük maşınlarına maneçilik yaratmaları barəsində məlumatlar var. Həmin məlumatları bizimlə də bölüşməyinizi xahiş edirəm ki, Azərbaycan Ombudsmanı olaraq müvafiq tədbir görə bilim. Əks halda sizin bəyanatlarınız Azərbaycana qarşı əsassız  ittihamlardan başqa bir şey deyil.

 

Səbinə Əliyeva

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə

Müvəkkili (Ombudsman)

19 yanvar 2023-cü il