Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva Ukraynalı həmkarı ilə görüşüb

12-01-2023 217 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva Ukraynalı həmkarı ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının Ombudsman təsisatının 10 illiyi münasibətilə Ankarada keçirilən beynəlxalq konfransda iştirak edir. 

Ombudsman Səbinə Əliyeva tərəfindən konfrans çərçivəsində xarici həmkarları arasında bir çox görüşlər keçirilib. Növbəti belə görüş Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı (Ombudsman) Dmitro Lubinets ilə olub. 

Görüş zamanı iki ölkənin ombudsman təsisatları arasındakı əməkdaşlıq əlaqələri, mövcud vəziyyətdə insan hüquqlarının effektiv müdafiəsi və təmini sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. 

S. Əliyeva hazırda Ukraynada həbsdə olan Azərbaycan Respublikası vətəndaşları  Misir Qasımlı və Sübhan Quliyevin hüquqlarının müdafiəsi məsələsini diqqətdə saxlamasını Ukrayna Ombudsmanından xahiş edib. 

Hər iki Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.   

Qeyd edilməlidir ki, Ukrayna Ombudsmanı konfrans zamanı verdiyi müsahibəsində ukraynalılara humanitar yardımını əsirgəməyən Azərbaycan Respublikasına təşəkkür edib və bu məsələdə Azərbaycan Ombudsmanı Səbinə  Əliyevanın mühüm rol oynadığını diqqətə çatdırıb.