Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya edilmiş qadın və uşaqlarla görüşüb

26-11-2022 320 dəfə oxunub
Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya edilmiş qadın və uşaqlarla görüşüb

Suriya və İraqdan Azərbaycan Respublikası vətəndaşlarının ölkəyə repatriasiyası istiqamətində dövlət tərəfindən zəruri tədbirlər davam etdirilir.

24 noyabr 2022-ci il tarixdə müvafiq dövlət qurumlarından ibarət nümayəndə heyətinin müşayiəti ilə 13-ü uşaq, 3-ü qadın olmaqla Suriyadan 16 nəfərin ölkəmizə repatriasiyası həyata keçirilmişdir.

Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin şəxslərlə görüşərək, onların vəziyyəti, psixoloji durumu ilə maraqlanıb, reabilitasiyası ilə bağlı tədbirlər barədə məlumat alıb, hüquqlarının təmini vəziyyətini öyrəniblər.