Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib

26-11-2022 329 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva  25 Noyabr- Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ilə birgə “Gender bərabərliyinə nail olunmasında əsas çətinliklər” mövzusunda keçirilmiş tədbirdə iştirak edib. 

Tədbirdə Ombudsman Səbinə Əliyeva, BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Vladanka Andreeva, Ədliyyə Nazirliyindən, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyindən, İqtisadiyyat Nazirliyindən, Mediasiya Şurasından, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsindən, o cümlədən dövlət qurumlarından rəhbər şəxslər, elm və təhsil müəssisələrinin təmsilçiləri, vəkillər, vətəndaş cəmiyyəti institutları, hüquq fakültəsinin tələbələri və media nümayəndələri də qatılıblar.

Tədbir iştirakçıları qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni yaradılmış penitensiar müəssisələrin fəaliyyəti və yaradılmış şəraitlə tanış olublar.

Ombudsman tədbirdə açılış nitqi ilə çıxış edərək penitensiar müəssisəsidə məhkum qadınların azadlığa çıxdıqdan sonra gələcəkdə cəmiyyətə inteqrasiyası, reabilitasiyası ilə bağlı fikirlərini bölüşüb, burada yaradılmış şəraitlə bağlı münasibətini bildirib. 

Səbinə Əliyeva habelə müəssisə daxilində fəaliyyət göstərən peşə məktəbində ixtisasların sayının artırıldığını, qadınların cəzaçəkmə müəssisələrində yeni peşələrə yiyələnmək  imkanlarının daha da genişləndirildiyini vurğulayıb. Ombudsman məhkum qadınların əmək  fəaliyyəti ilə məşğul olaraq özləri üçün gəlirlər əldə etdiyini, bu üsulla azadlıqda olan ailələrinə dəstək olduqlarını qeyd edib. Müvəkkil bu istiqamətdə Ombudsman təsisatının da onlara dəstək göstərdiyini söyləyib. 

Tədbir çərçivəsində qadın məhkumların təqdimatında konsert proqramı nümayiş etdirilib.

Yenilik olaraq, müəsisədə məhkumlar üçün pulsuz ingilis dili kursunun açılışı olub. Vəkillər Kollegiyasının “Qadın vəkillər” Alyansı tərəfindən məhkumlara pulsuz hüquqi yardım aksiyası,  o cümlədən “İçəri şəhər” Muzey Mərkəzi tərəfindən “Qurama” sənəti üzrə ustad dərsi keçirilərək qadın məhkumların əl işlərindən ibarət sərgi nümayiş etdirilib.