Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman beynəlxalq konfransda çıxış edib

25-11-2022 313 dəfə oxunub
Ombudsman beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Mərkəzi Asiyada geniş dialoq: Risk altında olan qadınlar və qızlar: səbəblərin aradan qaldırılması və yardımın göstərilməsi. Ədalətə çıxışın gücləndirilməsi” mövzusunda Qazaxıstanda hibrid formatda  keçirilən konfransda onlayn şəkildə iştirak edib.

Ombudsman konfransda çıxış edərək, qadınlara qarşı zorakılığın bütün dünyada insan hüquqlarının ən geniş yayılmış pozuntularından biri kimi qəbul edildiyini bildirərək, bununla mübarizədə birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

S.Əliyeva Azərbaycanda qadın hüquqlarının təmini və müdafiəsi sahəsində kompleks işlərin həyata keçirildiyini və gender bərabərliyinin təşviqinə, eyni zamanda bu sahədə hüquqi maarifləndirməyə böyük diqqət yetirildiyini bildirib.

Qeyd olunub ki, qadınların ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakı üçün maarifləndirmə işlərinə, xüsusən də qadınlar arasında sahibkarlıq fəaliyyətinin və özünüməşğulluğun stimullaşdırılması böyük əhəmiyyət daşıyır.

25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı bütün dünya ölkələri, o cümlədən Azərbaycanda müxtəlif maarifləndirmə tədbirlərinin təşkil olunduğunu bildirən Ombudsman hər il 25 noyabr - 10 dekabr tarixlərində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyada müvafiq dövlət qurumları ilə birgə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Konfransın yekununda mövzu ilə bağlı müzakirələr aparılıb.