Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi çərçivəsində keçirilmiş görüşdə iştirak edib

24-11-2022 291 dəfə oxunub
Ombudsmanın nümayəndəsi əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi çərçivəsində keçirilmiş görüşdə iştirak edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş keçirilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov tədbirdə çıxış edərəkOmbudsman Səbinə Əliyeva tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və təşviqi istiqamətində son dövr ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

 Daha sonra ölkəmizin tərəfdar çıxdığı BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasında öz əksini tapmış öhdəliklər sırasında əlilliyi olan şəxslərəbərabər imkanların yaradılmasıməqsədilə ağlabatan uyğunlaşmanın, inklüzivliyin və müyəssərliyin təmini, universal dizaynın tətbiqinin təşviq edilməsi, əlillik əlamətinə görə ayrı-seçkiliyin yolverilməzliyi və digər məsələlərin mühüm yerlərdən birini tutduğu diqqətə çatdırılıb.

Görüşdə əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində “Təhsil sistemində müyəssərlik və inklüzivlik imkanları” və “Əlilliyi olan uşaqların hərtərəfli inkişafı, istedad, bilik və bacarıqlarını realizə etmələri üçün mövcud imkanlar və çətinliklər” mövzularında  müzakirələr aparılıb.