Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Dünya Bankının nümayəndələrini qəbul edib

23-11-2022 278 dəfə oxunub
Ombudsman Dünya Bankının nümayəndələrini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Dünya Bankının Gender Məsələləri üzrə Mütəxəssisi Nato Kurşitaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Qonaqları salamlayan Səbinə Əliyeva fəaliyyət istiqamətləri haqqında ümumi məlumat verib.  

Gender sahəsindəki geniş fəaliyyətindən danışarkən, S.Əliyeva qadın hüquqlarının etibarlı müdafiəsinin səmərəliliyinin təmin edilməsi məqsədilə gender məsələlərinə diqqətin artırılmasının vacibliyini qeyd edib. Eyni zamanda, o, Bakı Dövlət Universitetinin Hüquq fakultəsində “Genderə giriş” fənninin tədris etdiyini söyləyib.

Müvəkkil milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Milli Məclisə təsisatın fəaliyyət dövrü ərzində 700-dən artıq təklif verildiyini bildirib. 

S.Əliyeva həmçinin cəzaçəkmə müəssisələrində peşə məktəblərinin fəaliyyətinin, cəza çəkən şəxslərin, o cümlədən qadın məhkumların azadlığa buraxıldıqdan sonra cəmiyyətə inteqrasiyasının vacibliyini vurğulayıb.

Habelə, Ombudsman “Qadınlarım əmək qabiliyyətinin artırılması” ilə əlaqədar Dünya Bankının Azərbaycan üçün Çevik Texniki Yardım Layihəsi çərçivəsində keçirilən fəaliyyətə Regional  Mərkəzlərin və QHT-lərin də cəlb olunduğu halda müsbət tövfə verəcəyinə əminliyini ifadə edib.

Sonda qonaq səmimi qəbula və faydalı fikir mübadiləsinə görə Ombudsmana öz təşəkkürünü bildirib.