Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin nümayəndələrini qəbul edib

22-11-2022 299 dəfə oxunub
Ombudsman AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin nümayəndələrini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvü Konstantinos Efstatiunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

S. Əliyeva görüş zamanı qonağa Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu, Ombudsman təsisatının yaranma tarixi və mandatı haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, ölkəmizin Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərdən biri də Ombudsman təsisatının yaradılması olmuşdur.  Bu baxımdan Ombudsman təsisatının fəaliyyətə başlamasının 20 ilinin tamam olduğunu bildirən Müvəkkil ötən dövr ərzində beynəlxalq meyarlar da nəzərə alınmaqla fəaliyyətin daha da təkmilləşdirildiyini vurğulayıb.

Avropa Şurası ilə əməkdaşlığa hər zaman böyük önəm verdiyini bildirən S. Əliyeva Ombudsman təsisatının bu qurum ilə birgə həyata keçirdiyi “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanlarının hüquqlarının müdafiəsi üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” adlı regional layihə çərçivəsində həyata keçirilən fəaliyyət barədə geniş məlumat verib.

Qeyd olunub ki, həmin layihə çərçivəsində təsisatın əməkdaşları ayrı-seçkiliklə mübarizə sahəsində bilik və təcrübələrini artırmış, Müvəkkilin bu istiqamətdə mandatının genişləndirilməsi ilə bağlı işlər görülmüşdür.   

Səmimi qəbula görə Müvəkkilə təşəkkürünü bildirən qonaq qurumlar arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində görülən işləri müsbət qiymətləndirib,gələcək əməkdaşlıq perspektivləri ilə bağlı fikirlərini bölüşüb.