Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən uşaq müəssisələrinə başçəkmələr davam etdirilir

18-11-2022 335 dəfə oxunub
“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən uşaq müəssisələrinə başçəkmələr davam etdirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın təşəbbüsü ilə elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsinə başçəkmə həyata keçirilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun və “Uşaq hüquqları haqqında” Konvensiyasının, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələblərini rəhbər tutmaqla təşkil olunmuş başçəkmədə məqsəd qeyd olunan müəssisədə saxlanılan və təhsil alan uşaqların saxlanma şəraitinin, onlarla rəftar məsələlərinin araşdırılması, uşaqların müəssisədə hüquqlarının təmin olunması vəziyyətinin monitorinqi olub.

Rəftar məsələlərinin araşdırılması məqsədilə müəssisə rəhbərliyi, əməkdaşlar və uşaqlarla fərdi müsahibələr aparılıb. 

Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşlarının iştirakı ilə müəssisədə uşaqlara, habelə psixoloq və tərbiyəçilərə ünvanlanan təlimlər də keçirilib, uşaq hüquqlarına dair mövcud beynəlxalq konvensiyalar, milli qanunvericilik aktları və hüquq müdafiə vasitələri haqqında geniş məlumat verilib. Təlimdə ayrı-seçkilik və onunla mübarizə üsulları, pis rəftar və zorakılıqdan müdafiə, uşaq əməyi, zərərli təsirlərdən mühafizə məsələlərinə də toxunulub.

Yekunda müəssisə rəhbərliyinə və məsul əməkdaşlara saxlanma şəraitinin daha da təkmilləşdirilməsi, tibbi xidmət və sənədləşmə ilə bağlı milli qanunvericiliyə və beynəlxalq sənədlərə əsaslanan müvafiq tövsiyələr verilib.

Ombudsman Aparatında hazırlanmış hüquqi maarifləndirmə nəşrləri, o cümlədən Milli Preventiv Mezanizmin fəaliyyəti ilə bağlı bukletlər müəssisəyə təqdim olunmuşdur.