Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Uşaq hüquqları aylığı”  çərçivəsində açıq məkandakı reklam lövhələrində maarifləndirici məlumatlar yayımlanır

18-11-2022 345 dəfə oxunub
“Uşaq hüquqları aylığı”  çərçivəsində açıq məkandakı reklam lövhələrində maarifləndirici məlumatlar yayımlanır

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 2022-ci il 20 oktyabr – 20 noyabr tarixlərində elan olunmuş “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirmə və təbliğat işləri davam etdirilir. 

Aylıq çərçivəsində Ombudsman Aparatı tərəfindən uşaq hüquqlarına dair müxtəlif mövzularda maarifləndirici plakatlar hazırlanıb. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi ilə əməkdaşlığın nəticəsi olaraq maarifləndirici sosial reklamlar şəhərin müxtəlif yerlərindəki açıq məkan reklam qurğularında yayımlanır. 

Posterlərdə uşaqların zərərli təsirlərdən, cismani cəzadan, istismardan, ayrı-seçkilikdən, bullinq və intihardan, zorakılıqdan müdafiəsi, eləcə də erkən nikahın qarşısının alınması, uşaqların fikirlərinin dinlənilməsi və uşaq hüquq pozuntusuna dair Ombudsmana müraciət ilə bağlı şüarlar əks olunub.