Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi beynəlxalq seminarda iştirak edib

17-11-2022 293 dəfə oxunub
Ombudsmanın nümayəndəsi beynəlxalq seminarda iştirak edib

Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filalı tərəfindən onlayn formatda beynəlxalq seminar keçirilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov “Demokratik transformasiyaların həyata keçirilməsində dövlət proqramlarının rolu: Azərbaycan modeli” mövzusuna həsr edilmiş seminarda çıxış edərək müasir dövrdə dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların, habelə bu kimi digər strateji əhəmiyyətli sənədlərin insan hüquq və azadlıqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təminin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu, bu sənəddə ilk dəfə olaraq Azərbaycanda insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması məsələsinin öz əksini tapdığı diqqətə çatdırılıb. Daha sonra ölkədə həyata keçirilmiş hüquqi islahatlar nəticəsində 2001-ci il 28 dekabr tarixli müvafiq Konstitusiya Qanununun qəbul olunduğu və hazırda fəaliyyətinin 20 ili tamam olan Ombudsman təsisatının yaradıldığı vurğulanıb.

Çıxışda həmçinin, ölkə Prezidenti cənab İlham Əliyevin 2006-cı il 28 dekabr və 2011-ci il 27 dekabr tarixili sərəncamları ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı", həmçinin "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı", həmin sənədlərin icrası çərçivəsində görülmüş işlər, habelə Ombudsman tərəfindən bu sahədə strateji əhəmiyyətə malik yeni sənədin hazırlanması ilə bağlı təkliflərin irəli sürüldüyü barədə məlumat verilib.